Mitinq başa çatmamış “Məhsul”u tərk etdilər - FOTOLAR+VİDEO

Mitinq başa çatmamış “Məhsul”u tərk etdilər - FOTOLAR+VİDEO
  07 Oktyabr 2017    Oxunub:47781
Milli Şuranın bugünkü mitinqi əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Əksinə, bu dəfə daha az adam "Məhsul" stadionuna gəlib. Əli Kərimli və digərlərinin etdiyi çıxışlar yenə oxşar və şablon fikirlər üzərində qurulub.
Mitinqə gələnlər arasında dindarlar üstünlük təşkil edib. Bundan əlavə saxta mühacir statusu almaq istəyənlər həmişəki kimi fotosessiyalar etdirməklə diqqət çəkiblər.

Aksiya başa çatmamış insanlar kütləvi şəkildə "Məhsul" stadionunu tərk ediblər. Milli Şura 28 oktyabr tarixinə yeni mitinq təyin edib. Bununla da növbəti uğursuz mitinq başa çatıb.

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı rəsmi məlumata görə, mitinqdə 1200 nəfərə yaxın adam iştirak edib.









***

Müxalifətin radikal qolu olan Milli Şuranın bu günə təyin etdiyi mitinq başlayıb.

AzVision.az xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilir. Stadiona çox az sayda adam toplaşıb. Aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Əməkdaşımızın bildirdiyinə görə, budəfəki mitinqə gələnlərin sayı 23 sentyabrda baş tutan nümayişə qatılanlardan qat-qat azdır. Maraqlıdır ki, müxalif KİV-lər də mitinqə bir o qədər maraq göstərmir.Milli Şura dəstəkçiləri say azlığına görə mitinqi canlı yayımlamırlar.

Ümumiyyətlə, müxalifət partiyaları Milli Şuranın keçirdiyi bütün mitinqləri boykot edib.































AzVision.az



Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti