“Namiq Qaraçuxurlu həbsxanaya gəlmişdi” – Maral Tahirqızının məhbəs xatirələri

“Namiq Qaraçuxurlu həbsxanaya gəlmişdi” – Maral Tahirqızının məhbəs xatirələri
  14 Oktyabr 2017    Oxunub:13373
"Onunla görüşməyə icazə vermədilər"
Xəbər verdiyimiz kimi, müğənni Maral Tahirqızı həbsdən azad edilib. 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham edilən müğənni artıq bir neçə gündür ki, azadlığa qovuşub.

İfaları ilə yanaşı, həbsi ilə də mətbuatın marağına səbəb olan Maral Tahirqızı məhbəs xatirələrini AzVision.az-la bölüşüb.

-Maral xanım azadlıqda özünüzü necə hiss edirsiniz?

- Həbsxanadan yeni çıxanda azadlıqda olduğumu hiss etmirdim. İndi tam fərqlidir. Yeni həyata başlayıram.

-Yəqin ki, həbsxanada düşünməyə vaxtınız çox idi. Tutduğunuz əmələ görə peşmansınızmı?

-İstəyərm ki, insanlar həyatda doğru yaşasınlar. Yalanla yaşamayaq. Kiminsə hissi ilə oynamayaq. Həbsxanada o qədər yalan danışan adamlar var idi. Deyirdim, bunları haradan tapıb gətirblər. Hamı bir-birinin xarakterin yaxşı bilirdi. Deyirdik, bax, yenə yalan danışacaq.



-Həbsdə olanda sənət yoldaşlarınızdan sizə baş çəkən olub?

- Görüşlərə çox vaxt icazə vermirlər. Qorxurdular ki, məhbusun yeməyininin içinə nəsə qatarlar, ya da nəsə edərlər. Yad adamlarla görüşə icazə vermirdilər. Namiq Qaraçuxurlu konsert vermək üçün həbsxanaya gəlmişdi. Onunla görüşməyə icazə vermədilər.

Həbsxana işçiləri bir dəfə mənə dedilər ki, sizin yanınıza məktəblilər gəlib. Deyiblər ki, Maral xanımla görüşmək istəyirik. İcazə olmadığına görə onları görüşə buraxmayıblar.

-Həbsxanaya düşən insanlar ya kitab oxumağa üstünlük verir, ya idmanla məşul olur, ya da yatmağa meyilli olurlar. Siz gününüzü necə keçirirdiniz?

-Daha çox şeir kitabları oxuyurdum. Qəzetlərdən və televiziyadan xəbərləri izləyərdim. İnformasiyam mütləq olmalı idi. Elə bilirəm xəbərlər proqramına baxmayan adam dünyadan bixəbərdir. Arada idman da edirdim. Yeməyimi özüm hazırlayırdım. Kiminsə yeməyini yemirdim, ehtiyat edirdim. Orada cürbəcür xəstəliyi olan adamlar var. Onlardan mənə də hansısa xəstəlik keçə bilərdi və ya nəsə edə bilərdilər.



-Kimin üçün darıxırdınız?

-Maşallah, orada o qədər adamlar olurdu ki, darıxmağa imkan olmurdu. İndi mənim üçün çox darıxırlar. Deyirdilər, Maral gedir, biz nə edəcəyik.

-Həbsxanada ən çox hansı mahnını oxuyurdunuz?

-Orada bir neçə mahnı öyrəndim. Ən çox xoşuma gələn “Biri sənsən, biri mən” mahnısı oldu. Özüm bəstələdiyim ritmik mahnı da var. Həbsxanada istədiyin vaxt mahnı oxuya bilmirsən. Kimisə narahat etmək düzgün deyil. Oranın öz qayda-qanunu var.

Hamı xahiş edirdi ki, bir ağız oxu. Yorurdular məni. Deyirdim, nə qədər oxumaq olar. Rejimə tabe olmaq lazım idi.

-Yoldaşlarınızla münasibətiniz necə idi?

- Kobud insaları sevmirəm. İnsan gərək düşüncəli olsun. Kiminsə qəlbinə dəyməsin, rəftarı, nəzakəti bilsin. Onsuz da həbsxanaya düşən admların qəlbi qırıqdır. Hamı ilə mehriban olmağa çalışırdım. Özümü mədəni aparırdım. Elə qadınlar vardı ki, özlərini kobud aparırdılar. Ancaq yaxşı insanlar da az deyil. Orada məktəb direktorları, mühasiblər, mədəniyyət işçilərinə də rast gəlmək olar. Onlar özlərini sakit aparırdılar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Maral-Tahirqızı  





Xəbər lenti