Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyulub - FOTOLAR+VİDEO
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Gülhanə xəstəxanasında baş tutan əməliyyat zamanı Ağayevin baş nahiyəsinə süni kəllə qapağı qoyulub.
“Anam əzab çəkdi. Onun yanında başıaçıq gəzə bilmirdim. Mütəmadi olaraq papaqdan istifadə edirdim. Anam hər dəfə başıma baxanda göz yaşlarını saxlaya bilmirdi” - Yaşar Ağayev deyib.
Həkim Yaşarın 5 dəfə əməliyyat olunduğunu bildirib: “Yaşar 5 dəfə əməliyyat olunub. Bu əməliyyatlardan sonra bir il yarım gözləməli olduq. Uğurlu müalicələrdən sonra bu gün xəstəmiz gəzə, danışa bilir. Yaşar əvvəl ümidisiz və depressiyada idi. İndi isə üzü gülür, çox xoşbəxtdir”.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Aprel-döyüşü