Referendumdan sonra 700-ə yaxın şirkət Kataloniyanı tərk edib - (VİDEO)

Referendumdan sonra 700-ə yaxın şirkət Kataloniyanı tərk edib - (VİDEO)
  17 Oktyabr 2017    Oxunub:2634
Kataloniyada müstəqillik haqqında referendum keçirildikdən sonra 700-ə yaxın şirkət öz ofisini İspaniyanın digər regionlarına köçürüb.

AzVision.az “El Mundo”ya istinadən xəbər verir ki, bunu İspaniya ticarət qeydiyyat mərkəzinin direktoru Ana Del Valye bildirib.
Nəşr yazır ki, təkcə ötən həftə 92 şirkət Kataloniyadan İspaniyanın digər regionlarına köçüb. Ümumilikdə isə referendumdan regionu tərk edən şirkətlərin sayı 691-ə çatıb.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Katolonların 90 faizi müstəqilliyin lehinə səs veriblər.



Məlumata görə, müsadirə olunan bülletenlər çıxmaqla 2 milyon 262 min 424 seçicidən 2 milyon 20 min 144 nəfəri müstəqilliyin tərəfdarı olduğunu bildirib. 176 min 566 seçici isə müstəqilliyin əleyhinə səs verib. 45 min 586 bülleten boş, 20 min 129 bülleten isə etibarsız hesab olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kataloniya   Referendum  





Xəbər lenti