Erməni diasporunun Ukraynadakı lideri qətlə yetirilib - VİDEO
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Andranik Ukraynada Zakarpat vilayətində erməni diasporunun liderlərindən olub.
Erməni biznesmeni qətlə yetirən şəxs onun keçmiş şəriki Vardan Tovmasyandır. O, artıq saxlanılıb. 90-cı illərin əvvəlindən birgə işləyən erməni şəriklər ötən il bizneslərini ayırıblar.
Keçmiş biznes tərəfdaşları arasında mübahisə pul və nüfuz üstündə yaranıb. Məlumata görə, Vardanın Andranikə pul borcu olub. Halbuki, bütün işləri Vardan həyata keçirib. Lakin hesabat işinə Andranik baxıb. Nəticədə Vardan şərikini borclu çıxarıb. Pul üstündə düşən mübahisə sonda ölümə səbəb olub.
***
Ukraynanın Ujqorod şəhərində erməni biznesmen qətlə yetirilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aparan” MMC-nin rəhbəri Andranik Nikoqosyan iş otağında naməlum şəxslər tərəfindən güllələnib.
Məlumata görə, cinayətkar şəxs artıq saxlanılıb. Hadisə ilə bağlı polis araşdırma aparır.
İlkin Nəcəfzadə
AzVision.az