Həbsxanadan inanılmaz qaçışlar: Biri tualetdən, digəri helikopterlə...

Həbsxanadan inanılmaz qaçışlar: Biri tualetdən, digəri helikopterlə...
  24 Oktyabr 2017    Oxunub:23735
Ötən gün Azərbaycanda iki məhkumun qatardan qaçması ölkə gündəminin aktual mövzusuna çevrilib. Bununla bağlı müxtəlf versiyalar irəli sürülür. İddia edilir ki, məhkumların nəzarət altında qaçması qeyri-mümkündür, onlar kənardan dəstək almadan belə addımı ata bilməzlər.


Məlumat üçün bildirək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.



Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış. Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox “Etibar Hacıqabulski” kimi tanınır.

Məhkumların həbsxanadan qaçması Azərbaycanda son illər baş verən ilk hadisədir. Dünya təcrübəsində isə bu kimi olaylara dəfələrlə rast gəlinib.

Paskal Payet - üç dəfə həbsxanadan qaçıb



Paskal Payet, yaxud Kalaşnikov Pet inkassator maşınını soyan zaman bir neçə şəxsi qətlə yetirdiyi üçün həbsxanaya düşüb. 2001-ci ildə o, 30 illik həbs cəzasına məhkum olunub. O, ciddi nəzarət altında saxlanılsa da, üç dəfə helikopterlə həbsxanadan qaça bilib.

Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına oğurlanan helikopter enib. Helikopteri Payetin 3 dostu qaçırıb. Payet həbsxananın damına çıxaraq, helikopterlə ərazidən uzaqlaşıb. Onlar pilotu Aralıq dənizinə ataraq, sükan arxasına özləri keçiblər. Həmin hadisədən sonra Paskal və onun dostlarının harada olması haqda məlumat yoxdur.

Təhlükəli cinayətkarın həbsdən qaçışı



ABŞ-da 1930-cu ildə bank soyğunu həyata keçirən Con Dillinger ən təhlükəli cinayətkarların saxlandığı “Crown Point” həbsxanasına yerləşdirilib. Həbsxanada olarkən bir neçə saata yonduğu və daha sonra ayaqqabı boyası ilə qara rəngə boyadığı taxta parçasını silah əvəzi istifadə etməyə başlayıb. O, hazırladığı “silahı” gözətçilərə həqiqi silah kimi göstərib, atəş açacağını deyərək, onları təhdid etməyə başlayıb. Con hamını bir otaqda bağladıqdan sonra həbsxana müdirinin yeni aldığı avtomobilinə minərək oradan qaçıb.

İndiyədək görünməmiş olay

Çarles Viktor Tompson sabiq və yeni sevgilisini öldürdüyü üçün ona ölüm hökmü cəzası verilib. Buna görə də Viktor həbsdən qaçış planı qurmağa başlayıb. O, ilk etapda otağına gizlicə köynək və şalvar kimi gündəlik paltarlar gətirdə bilib. Daha sonra vəkili ilə görüş tələb edib və görüş otağına tez girərək, vəkil otağa girməzdən əvvəl cəld şəkildə paltarını dəyişib, kilidi olmayan qapıdan asanlıqla çıxıb.

Nəzarətçilər çıxışda Çarles Viktordan şəxsiyyət vəsiqəsini istəyiblər. O, soyuqqanlı şəkildə şəxsiyyət vəsiqəsini göstərərək, nəzarətçiləri aldadıb və rahatlıqla həbsxanadan qaçmağa nail olub.

8 ayda həbsdən iki dəfə qaçan məhkum



Digər məhbus Alfred həbs olunan zaman qapının açar görünüşünə diqqət edərək, onun eynisindən hazırlayıb. O, bu yolla həbsdən qaçmağa nail olub.

Alfred səkkiz aydan sonra təkrar tutulduqda bütün ittihamları rədd edərək məhkəməyə müraciət edib. Lakin o, məhkəmə günü tualetə getməyə icazə istəyərək, qandaldan xilas olub və əvvəlcədən hazırladığı qıfılla nəzarətçiləri tualetə kilidləyərək ikinci dəfə qaça bilib.

Həbsdən qaçmağın qeyri-adi yolu



2009-cu ildə Fransa vətəndaşı Culian Şotard qeyri-adi yolla həbsxanadan qaçıb. Belə ki, Şimali London Pentonvil həbsxanasına furqon maşınla bir qrup dustaq gətirilib. Digər dustaqlar içəriyə daxil olarkən Şotard furqonun arxasına keçib və bir neçə dəqiqədən sonra həbsxanadan qaçmağa müvafiq olub. O, maşının alt hissəsindən yapışaraq həbsxanadan qaçıb. Culian daha sonra özü polisə gələrək təslim olub.

Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Həbsxana  





Xəbər lenti