“Zombilər” Azərbaycanın bir addımlığında - VİDEO
"Flakka" narkotiki beyin hüceyrələrini bərpa olunmayacaq şəkildə məhv edir. Qəbul edildikdən sonra ilk 15 dəqiqədə ərzində effekt göstərən "Flakka" 4 saatdan 8 saata qədər insanı təsir altında saxlayır. Bu zaman hallüsinasiya, yüksək temperatur, ağrıya həssaslıq, hiperaktivlik, aqressiya müşahidə edilir. Belə insanlar daha çox intihara meyilli olurlar.
"Flakka"dan istifadə ilk dəfə 2011-ci ildə ABŞ-ın İndiana ştatında qeydə alınıb. Amerikada 911 xidmət nömrəsinə zəng edən bir qadın ağlayaraq, yolun kənarında bir gəncin səfil həyat sürən şəxsi yediyini deyib. Polislər hadisə yerinə çatanda gördüklərindən dəhşətə gəliblər. Narkotikin təsirində olan Rudi Eugen adlı gənc səfil həyat sürən kişinin üzünün 80 faiz hissəsini yeyib. Trankvilizator vurularaq yatızdırılan Rudi səhərisi gün heç nə xatırlamadığını deyib.
Hadisədən bir neçə gün sonra Qərbi Virciniyada bir qadın dərisinin altında həşarat olduğunu hesab edərək öz bədənini parçalayıb.
Baltimorda isə Morgan State Universitetinin tələbəsi otaq yoldaşını öldürərək, onun beynini və ürəyini yeyib. Məlum olub ki, onlar "Flakka" maddəsi qəbul ediblər.
Qeyd edək ki, qısa zamanda Amerika sərhədlərini aşan "Flakka" bəlası Azərbaycanın qonşusu Türkiyədə də aşkar edilib. Ölkəmizin bir addımlığına qədər gəlib çatan zombi həbi bizim üçün narahatlıq yaratmaya bilməz.
Bəxtiyar Məmmədov
AzVision.az