Rəssamımız beynəlxalq müsabiqədə yer tutub
Yaradıcılıq müsabiqəsinə dünyanın 60 ölkəsindən 600 rəssamın 1800 əsəri təqdim edildi. Onların arasından yalnız 7 ölkənin - Çin, Rumıniya, Azərbaycan, İndoneziya, Koreya Respublikası, İsrail və İranı təmsil edən 8 karikaturaçı rəssam müsabiqədə uğur qazandı.
Müsabiqədə “Kirpi” satirik jurnalının baş rəssamı Hafiz Nəsiroğlu üçüncü yerə layiq görülüb.