Beş ölkə “Eurovision”dan imtina etdi

Beş ölkə “Eurovision”dan imtina etdi
  24 Sentyabr 2013    Oxunub:1193
Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorra müsabiqəyə qatılmayacaq
Beş ölkə Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində iştirakdan imtina etdi. Rusiya mətbuatının verdiyi xəbərə görə, 2014-cü ilin mayında keçiriləcək müsabiqədə Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorra iştirak etməyəcək. Bu ölkələr iqtisadi çətinliklrə görə iştirakdan imtina ediblər.

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları müsabiqə üçün yeni şərtlər açıqlayıblar. Qurum münsiflərə səslərin 50 faizini vermək imkanı yaratmaqla şəffaflığa nail olmaq niyyətindədir.

Yeni qaydalara istinadən münsiflərin kimlər olacağı may ayının 1-də açıqlanacaq. Hər bir müsabiqə iştirakçısı olan ölkənin özünün münsiflər heyəti var. Tamaşaçıların səsinə münsiflərin səsi də əlavə olunacaq və beləliklə qalib müəyyən olunacaq.


Teqlər:  





Xəbər lenti