Mərkəzi metrostansiyalar bağlanır

Mərkəzi metrostansiyalar bağlanır
  26 Sentyabr 2013    Oxunub:1415
Azərbaycanda istismarda olan bir sıra metro stansiyalarının yenidən qurulması nəzərdə tutulub.
AzVision.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu metropolitenin İnşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib.

R.Bayramov deyib ki, əsaslı yenidənqurma işləri əsasən 1967-ci ildən istifadədə olan stansiyalara şamil ediləcək: “Bu il hələ ki, “28 May” metro stansiyasının yenidənqurma işlərinin başa çatdırılması planlaşdırılıb. Növbəti illərdə isə 1967-ci ildən istismarda olan “Sahil” metro stansiyası yenidənqurmaya dayandırıla bilər. Çünki bu stansiyanın həqiqətən də təmirə ehtiyacı var. Lakin bununla bağlı qərar konkretləşdirildikdən sonra açıqlanacaq”.

“Nizami” metro stansiyasının da təmir olunmasına böyük ehtiyac olduğunu vurğulayan R.Bayramov qeyd edib ki, buna böyük cəsarət tələb olunur: “Çünki “Nizami” stansiyası Bakı Metropoliteninin incisidir. O cür əsərləri sökəndən sonra onları olduğunu kimi bizə təhvil verə biləcəklərmi? Bununla bağlı çoxsaylı təkliflər gəlib. Bizim “Nizami” metro stansiyasının təmiri ilə bağlı tələblərimiz böyükdür. Tələblərimiz yerinə yetirilərsə, ondan sonra bu haqda düşünmək olar”.



Teqlər:





Xəbər lenti