Açılışda bir sıra Ermənistan rəsmiləri iştirak edib.Lakin Qurgen Marqaryanın hansı əməlinə görə bu dərəcədə şişirdilməsini başa sala bilmiyiblər.
Xatırladaq ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində Budapeşt şəhərində təlimdə olarkən Ramil Səfərov erməni zabitin bayrağımızı təhqit etməsinə dözməyərək onu öldürmüşdü. 8 il Budapeştdə həbsdə qaldıqdan sonra 2012-ci ilin avqustunda Azərbaycana eksrtadisiya olunan Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanıb. Prezident İlham Əliyev tərəfindən qəbul edilən zabitin rütbəsi yüksəldilib və ona Bakı şəhərində ev verilib.
Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyasından sonra rəsmi İrəvanla Budapeşt arasında diplomatik əlaqələr pozulub.