Azərbaycanlı milyarder ABŞ-ın sanksiya siyahısında - (VİDEO)

Azərbaycanlı milyarder ABŞ-ın sanksiya siyahısında - (VİDEO)
  30 Yanvar 2018    Oxunub:4966
ABŞ azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun adını “Kreml siyahısı”na daxil edib.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Ələkbərovla yanaşı Rusiyada fəaliyyət göstərən 96 biznesmenin adı siyahıya daxil edilib.
Siyahı bu şəxslərə qarşı sanksiyaların tətbiq olunması anlamına gəlmir. Lakin onlara qarşı sonradan sanksiya tətbiq edilə bilər.



Azərbaycanlı milyarderlə yanaşı ABŞ-ın siyahısında məşhur biznesmenlər Alişer Usmanov, Roman Abromoviç, Süleyman Kərimov, Yevgeniy Kasperski, Mixail Proxorov, Arkadiy və Boris Rotenberqlər, Gennadiy Timçenko, Oleq Tinkov və digərlərinin adları var.

Qeyd edək ki, Rusiya rəhbərliyinə yaxın olan 114 siyasətçi və məmur “Kreml siyahısı”na daxil edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Vahid-Ələkbərov   Sanksiya   ABŞ  





Xəbər lenti