Əfv olacaq
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman bildirib ki, Prezident seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir, seçmək və seçilmək hüquqları prioritet məsələdir.
Ombudsman çıxışında, Qurban bayramı ərəfəsində növbəti əfv fərmanın imzalanmasının gözlənildiyini də deyib. Onun sözlərinə görə, bu günə qədər Omdusman aparatının vəsatəti ilə 400 nəfərdən artıq məhbus azadlığa buraxılıb.
E.Süleymanova, bu məsələ ilə bağlı əfv komissiyasına müraciətlərin olduğunu qeyd edib: "Müraciətdə yaşlı insanlara, əlilllərə və cəzasının çox hissəsini çəkmiş şəxslərin əfv olunması təklifi verilib".