İranda ataların ögey qızla evlənməsi qanuniləşdi

İranda ataların  ögey qızla evlənməsi qanuniləşdi
  29 Sentyabr 2013    Oxunub:3296
İran parlamenti azyaşlıların hüquqlarının qorunması haqqında qanun layihəsi qəbul edib. Qanundakı bəndlərdən biri ataya, övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verir.
İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilərdi. Ögey övladla evlənmək isə qəti qadağan idi. Yeni qanuna görə isə, bundan sonra İranda qızlar 13, oğlanlar isə 15 yaşdan sonra ailə həyatı qura bilərlər.

Yerli medianın fikrincə, bu qanun layihəsi "sarsaq"dır və ölkənin ən səlahiyyətli strukturu olan Mühafizəkarlar Şurası tərəfindən rədd ediləcək. Yerli medianın dərc etdiyi statistikaya görə, 2010-cu ildə İranda yaşları 10-14 arasında olan 42 min uşaq, Tehranda isə yaşı 10-a çatmamış ən azı 74 qız zorla ərə verilib.


Teqlər:  





Xəbər lenti