Niderland Türkiyə ilə diplomatik əlaqələrini kəsdi - (VİDEO)

Niderland Türkiyə ilə diplomatik əlaqələrini kəsdi - (VİDEO)
  05 Fevral 2018    Oxunub:3904
Niderland krallığı Türkiyədəki səfirini geri çağırıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Amsterdam hadisənin ötən il iki ölkə arasında yaşanan böhranla əlaqəli olduğu ifadə edib.



Qeyd olunub ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi qəbul edilməyəcək.

Xatırladaq ki, 11 mart 2017-ci il tarixində Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. Nəticədə bu, iki ölkə arasındakı əlaqələrdə böhrana səbəb olub.

AzVision.az


Teqlər: Türkiyə   Hollandiya  





Xəbər lenti