Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub - VİDEO
Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.
Ötən il həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb. Prokorururluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilərək 418 cinayətin açılması təmin edilib.
Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.
Anar Kəlbiyev
AzVision.az