Tamara Sinyavskayanın yubileyi -FOTO

Tamara Sinyavskayanın yubileyi -FOTO
  03 Oktyabr 2013    Oxunub:1373
Azvsison.az AzərTAc-a istinadən xəbər verir ki,Rusiyanın Böyük Teatrında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Tamara Sinyavskayanın yubileyi qeyd edilmişdir
Bu il SSRİ-nin və Azərbaycanın Xalq Artisti Tamara Sinyavskayanın 70 yaşı tamam olur. Bu münasibətlə oktyabrın 1-də Rusiya Dövlət Akademik Böyük Teatrında (DABT) görkəmli müğənnini təbrik ediblər.

Böyük Teatrın kollektivi Rusiyanın bu ən məşhur səhnəsində 40 ilə yaxın xidmət etmiş müğənninin şərəfinə “Boris Qodunov” tamaşasını göstərdi.

Vaxtilə Tamara İlyiniçna bu tamaşada Marina Mnişek partiyasını çox parlaq ifa edib.

Tamaşa başlanmazdan əvvəl Tamara Sinyavskayanın yaradıcılığından ayrı-ayrı epizodların toplandığı videoçarx nümayiş etdirildi. Sonra RF Federal Məclisi Dövlət Dumasının sədrinin müavini Lyudmila Şvetsova və teatrın baş direktoru Vladimir Urin DABT-nin tarixi səhnəsində aktrisanı təbrik etdi.

Tamara Sinyavskaya tamaşaçıların gurultulu alqış sədaları altında mikrofona yaxınlaşaraq, tədbirə toplaşanların hamısına təşəkkürünü bildirdi. O dedi: “Sağ olsun Böyük Teatr. Bura mənim doğma evimdir, mən onu heç vaxt dəyişməmişəm və dəyişmərəm. Bu teatrı ona görə sevirəm ki, bu məşhur səhnədə çıxış etmiş bütün böyük müğənnilərin səsləri burada indiyə qədər eşidilir. İstərdim ki, mənim də səsim onun divarlarında qalsın və uzun müddət burada yaşasın”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Tamara Sinyavskaya “Dostluq” ordeni ilə təltif edilib. T.Sinyavskaya Azərbaycan dövlətinin bu yüksək təltifinə Azərbaycan mədəniyyətinin populyarlaşdırılması sahəsində xidmətlərinə görə layiq görülüb.


Teqlər:  





Xəbər lenti