Brejnevin kürəkəni öldü- FOTO

Brejnevin kürəkəni öldü- FOTO
  11 Oktyabr 2013    Oxunub:7510
Brejnevin kürəkəni Çurbanov 76 yaşında vəfat etdi.
SSRİ-yə uzun müddət rəhbərlik etmiş, Sov.İKP MK-nın (Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi) baş katibi Leonid İliç Brejnevin kürəkəni, sovetlərin daxili işlər nazirinin müavini Yuri Çurbanov uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.

AzVsison.az NTV- yə istinadən xəbər verir ki, o, oktyabrın 7-də ölüb, amma bu barədə, dəfn günü, oktyabrın 10-da xəbər yayılıb.

Y.Çurbanov Moskvada Mitinsk qəbiristanlığında dəfn edilib.

O, 1936-cı il noyabrın 11-də anadan olub. 1983-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsi rəisinin müavini işləyib.
Çurbanov 1971-ci ildə Brejnevin qızı Qalina Brejneva ilə evlənib. O, Çurbanovun üçüncü nikahı olub. 1982-ci ildə Yuri Andropov MK-ya baş katib seçilən kimi irimiqyaslı antikorrupsiya kampaniyasına başladı və Çurbanovu da «pambıq işi» və ya «özbək işi» ilə bağlı həbs etdilər və ona 12 il iş kəsildi. O, həbsdə olanda əmlakın bölünməsi məqsədi ilə Qalina Brejneva boşanma barəsində məhkəməyə müraciət edib. 1993-cü ildə Çurbanov azadlığa buraxılıb.

2000-ci illərin ikinci yarısında o,iki dəfə insult keçirib və bundan sonra yatağa düşüb.

Qalereya




Teqlər:  





Xəbər lenti