2701 yaşlı Şəki

2701 yaşlı Şəki
  12 Oktyabr 2013    Oxunub:1432
Şəkinin 2701 yaşı qeyd olundu.
Şəki şəhərinin 2701 illik yubileyini qeyd etmək üçün bu gün “Şəhər Günü”nə həsr olunmuş bayram tədbirləri keçirilib.

AzVsison.az Gün.Az - a istinadən xəbər verir ki, ikinci dəfə qeyd edilən bu tədbirin məqsədi Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirməkdir.

Bayram iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək müasir Azərbaycan dövlətinin başçısının əziz xatirəsini ehtiramla yad ediblər. Bayramın təntənəli açılış mərasiminə şəhərin mərkəzində - Azadlıq meydanından start verilib. Dövlət Neft Şirkətinin nəfəsli alətlər orkestrinin və Şəkidə fəaliyyət göstərən musiqi məktəbləri kollektivlərinin iştirakı ilə musiqi və rəqs nömrələri nümayiş etdirilib. Tədbir iştirakçıları burada kitab və fotosərgilərlə tanış olub, “Şəhər ritmləri” adlı fləşmobu izləyiblər.

Sonra tədbir şəhərin “Yuxarıbaş” Tarix Memarlıq Qoruğunun ərazisində Şəki Xan Sarayının həyətində davam etdirilib. Bayram iştirakçıları Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olub, pəhləvan və kəndirbazların çıxışlarını izləyiblər.

“Şəhər Günü” tədbiri rəngarəng konsert proqramı və bayram atəşfəşanlığı ilə başa çatıb.


Teqlər:





Xəbər lenti