Arif Əsgərov: 881 ev söküləcək

Arif Əsgərov: 881 ev söküləcək
  12 Oktyabr 2013    Oxunub:1354
Respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var; Arif Əsgərov: “Dəmir yolunun xüsusi mühafizə zonasında qeyri-qanuni tikilmiş 881 ev söküləcək”
“Respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının və Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulub ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Ona görə də həmin ərazilərdə qeyri-qanuni tikilələr söküləcək”.

AzVsison.az APA- ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, qeyd edilən qeyri-qanuni tikililərdən 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir.

“Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib. Son qərar isə Nazirlər Kabineti tərəfindən veriləcək”, - deyə A. Əsgərov əlavə edib.


Teqlər:  





Xəbər lenti