FHN: xəsarət alanlar arasında azərbaycanlı olması hələ təsdiqlənməyib

FHN: xəsarət alanlar arasında azərbaycanlı olması hələ təsdiqlənməyib
  13 Oktyabr 2013    Oxunub:1256
Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib.
Azvsison.az xəbər verir ki,Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib. Trend Samara FHN-in əməliyyat qərargahına istinadən, bu barədə məlumat verir.

13 nəfərdən yalnız iki nəfərin cəsədi tanınıb, daha ətraflı məlumat axşam daxil olacaq, FHN-dən bildirilib.

Samara vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin İdarəsindən bildirilib ki, həlak olmuş şəxslər Tacikistan və Özbəkistan vətəndaşı olub.
Hadisə gecə yarısına yaxın Samara vilayətinin Böyük Çerniqov rayonun M-32 yolunda baş verib.

Nijniy Novqorod vilayətinin dövlət nömrə nişanlı "Toyota" markalı mikroavtobusu qarşılıqlı hərəkət zolağına çıxaraq, Qazaxıstandan gələn "Mercedes" markalı avtofurqonla toqquşub. Zərbənin təsirindən hər iki avtomobil arxa düşüb, nəticədə 13 nəfər həlak olub.


Teqlər:





Xəbər lenti