Azərbaycanda 37 nəfəri ilan sancıb - (VİDEO)

Azərbaycanda 37 nəfəri ilan sancıb - (VİDEO)
  23 İyun 2018    Oxunub:4573
Aprel ayından bu günə qədər 37 nəfər ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə AzVision.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib. O, bildirib ki, bu müddət ərzində 5 əqrəb sancması hadisəsi baş verib.
"Əsasən gürzə ilanının sancması halları üstünlük təşkil edir. İlan sancmadan zərərçəkənlər Hacıqabul, Şirvan, Şamaxı, Kürdəmir, Bərdə, Yevlax, Şəmkir, Tovuz, Qaradağ, Qəbələ, eləcə də Lənkəran və Astara rayonlarının sakinləri olub. O cümlədən, Bakı kəndlərindən Zirə, Xəzər, Buzovna, Qaradağ və Güzdəkdən toksikologiya şöbəsinə müraciətlər edilib".



A. Maqsudov qeyd edib ki, yanvar ayından bu günə qədər 62 dərman zəhərlənməsi ilə əlaqədar şöbəyə müraciət daxil olub. "Onlardan 16-nın vəziyyəti ağır olub, ölüm halı qeydə alınmayıb. Sirkə turşusundan zəhərlənmə ilə bağlı 13 xəstə müraciət edib, onlardan biri ölüb. Pambıq tarlasındakı zəhərlənmə ilə bağlı 8 nəfər müraciət edib" .

Aytən Zəhra
AzVision.az


Teqlər: Azər-Maqsudov   Zəhərlənmə  





Xəbər lenti