Kanadalı parlamentari Dağlıq Qarabağa təsadüfən gedib

Kanadalı parlamentari Dağlıq Qarabağa təsadüfən gedib
  15 Oktyabr 2013    Oxunub:1067
Dağlıq Qarabağa qanunsuz səfər etmiş kanadalı parlamentari Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada Parlamenti İcmalar Palatasının Liberallar Partiyasından olan üzvü Stefan Dion Azərbaycanın Kanadadakı səfirliyinə gələrək səfir Fərid Şəfiyevlə görüşüb.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüş zamanı S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gəlib çıxdığını bildirib. Bununla əlaqədar olaraq, o, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. O, Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib.

Bundan başqa, S.Dion Azərbaycan səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupunun prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu ifadə edib.


Teqlər:





Xəbər lenti