“Neftçi” AFFA-ya etiraz etdi

“Neftçi” AFFA-ya etiraz etdi
  05 Mart 2013    Oxunub:1955
“Bundan əvvəl də futbolumuzda belə hərəkətlər olub. Həmin futbolçular 3-4 oyunluq cəzalandırılıb. Altı oyunluq cəza bir qədər ağırdır”.
Bunu “Neftçi” klubunun Mətbuat və İctimayətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə AFFA-nın İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevi cəzalandırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Neftçi” klubu Cavid İmamverdiyevin cəzasıyla razılaşsa da, qarşı tərəfin cəzalandırılmamasına narahat olub: “Cavidi bu hərəkətə təhrik edən "Simurq"un futbolçusu özü mətbuatda etiraf edib ki, mən onu söymüşəm. Bu da istənilən halda təhqirdir. Söyüş, təhqir qırmızı vərəqə deməkdir. Hakim bunu eşitməyə bilər. Ancaq AFFA-nın İntizam Komitəsi buna baxmalıydı. Futbolçunu qaydalara uyğun olaraq cəzalandırmalıydı. İntizam komitəsinin qərarında bu oyunçu ilə bağlı nəinki cəza, heç xəbərdarlığa da rast gəlmədik. “Simurq”la oyun qabağı kim bizə zəmanət verə bilər ki, həmin futbolçu “Neftçi” ilə oyunda hansısa futbolçumuzu təxribata çəkməyəcək? Bu məqama diqqəti çəkmək istəyirəm. Yaxşı olardı ki, İntizam Komitəsi “Simurq”un futbolçusunun etirafına da baxardı. Bizim etirazımız sırf bunadır. Cavid İmamverdiyevin altı oyunluq cəzalandırılmasına heç bir etirazımız yoxdur”.

Xatırladaq ki, AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun 1/ 4 final mərhələsinin “Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra Cavid İmamverdiyevin rəqibə tüpürməsinə görə, ona altı oyunluq cəza kəsib, “Neftçi” klubunu isə beş min manat cərimələyib. (qol.az)



Teqlər:  





Xəbər lenti