“Səmədi ürəyindən bıçaqla vurublar” - Şəhid polisin qardaşı (VİDEO)

“Səmədi ürəyindən bıçaqla vurublar” - Şəhid polisin qardaşı (VİDEO)
  11 İyul 2018    Oxunub:36753
"Dünən saat 9-a işləmiş qardaşım Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub. Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib. Qardaşıma ürəyindən bir bıçaq zərbəsi vurulub".
AzVision.az xəbər verir ki, bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.



Jurnalist Pərviz Həşimli ilə söhbətində T.Abbasov qeyd edib ki, həmin adamlar dinlə bağlı ola bilməz: "Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə açaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gəncə   Polis   Şəhid  





Xəbər lenti