Ruslar Orxan Zeynalovun müdafiəsinə qalxdı
Sosial şəbəkələrdə polisin Zeynalovu saxlamaq üçün keçirdiyi əməliyyatı tərifləyənlər olsa da digərləri bunu "tamaşa” sayıb ələ salır və bildirir ki, DİN rəhbərliyi Moskvadakı etirazlardan sonra özünü bu cür göstərməyə çalışırdı.
Bundan əvvəl müxaifət fəallarının məhkəmə prosesində iştirak edən tanınmış vəkil Sergey Badamşin isə bildirir ki, Zeynalovun saxlanılmasına dair yayılan videogörüntülər polis əməkdaşlarının cinayətkarın saxlanılmasındakı bütün xidmətlərini heçə endirir.
"Adamı bu cür tutub saxlamağa görə hakimiyyət qanun qarşısında cavab verməlidir” - deyə vəkil bildirib.
S.Badamşinin sözlərinə görə, bu görüntülər Rusiya İstintaq Komitəsinə qarşı yoxlamalar və cinayət məsuliyyəti üçün tam əsas yaradır.
Hətta rus millətçilərinin nümayəndəsi, bundan əvvəl dəfələrlə polis tərəfindən saxlanılmış Vladimir Tor da O.Zeynalova qarşı güc tətbiqini pisləyib: "Aydın deyil ki, əllərinə qandal keçirilmiş, yerə uzadılmış adamı kameraların qarşısında döymək nəyə lazımdır. Bu görüntüləri kameralara çəkmək və bütün dünyaya nümayiş etdirmək DİN-in yersiz hərəkətidir".
Moskva Ali İqtisadiyyat Məktəbinin kafedra müdiri, hüquq müdafiəçisi Nina Belyayeva isə dövlətin özünü b göstərməsindən və bununla fəxr etməsindən təəssüfləndiyini bildirib.
"Bu cür şou gücü nümayiş etdirməlidir, ancaq indiki halda o, zəifliyin göstəricisidir. Görünür, ssenarini yazanlar başa düşmürlər ki, dəhşət elə burasındadır. Onlar bununla fəxr edirlər. Və görmürlər ki, öz psevdogüclərini nümayiş etdirməklə necə gülməli görünürlər" - deyə Belyayeva bildirib.