Zəvvarlar Həccin son əməllərini yerinə yetirdi
Zəvvərlar Həccin son əməllərini yerinə yetirmək üçün Kəbə evinə gediblər. Onlar əvvəlcə Kəbə ətrafına 7 dəfə dövrə vurublar. İbrahim məqamında 2 rükət namaz qılıb, Səfa və Mərva dağları arasında yüyürüblər.
Daha sonra Həccin son əməlləri olan Nisa və Vida təvaflarını icra edib namazlarını qılıblar. Ayinlər sübh namazına kimi davam edib. Bununla da azərbaycanlı zəvvarların böyük əkəsriyyəti Həccin son əməllərini bitiriblər. Həcc missiyasının üzvü Vüsal Cahangirinin sözlərinə görə, Məkkədə vacib əməlləri yerinə yetirən hacılar sabahdan etiabərən bir neçə gün ərzində hissə-hissə Mədinə şəhərinə yola salınacaq.
Mədinədə ziyarət başa çatdıqdan sonra zəvvarlarmızın ilk qrupun oktyabrın 22-dən etibarən Azərbaycana yola salınacağı planlaşdırılır.
Teqlər: