"Real" və "Borussiya" finalda

"Real" və "Borussiya" finalda
  06 Mart 2013    Oxunub:2019
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Günün ən çox maraq doğuran oyunu İngiltərədə "Manchester United"lə "Real" arasında keçirilib. Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə başa çatmışdı. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edirdi. "Real" isə növbəti mərhələyə keçmək üçün ya qələbə qazanmalı, ya da birdən artıq qolla istənilən heç-heçəyə nail olmalıydı. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, sonda qələbəni qonaqlar bayram ediblər. Nəticədə, 1/4 finala "Real" yüksəlib.

Digər görüş isə Almaniyada baş tutub. Belə ki, Dortmundun "Borussia" komandası Ukrayna "Şaxtyor"u ilə görüşüb. Xatırladaq ki, ilk matç 2:2 hesabı ilə başa çatdığından cavab matçında azarkeşləri maraqlı oyun gözləyirdi. Almaniya təmsilçisi doğma meydanda 3 cavabsız qolla qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.

İkinci oyun günündə “Juventus” səfərdə məğlub etdiyi “Celtic”i qəbul edəcək. Fransa da PSG “Valencia” səddini keçməyə çalışacaq.

1/8 final (cavab oyunları)
5 mart

Borussia (Dortmund, Almaniya) – Şaxtyor (Ukrayna) - 3:0 (ilk oyun – 2:2)
Qollar: Auqusto, 31, Qotse, 37, Blaşikovski, 59.

Manchester United (İngiltərə) - Real (İspaniya) - 1:2 (1:1)
Qollar: S.Ramos, 48-öz qapısına - Modriç, 66, Ronaldo, 69.



Teqlər:





Xəbər lenti