Müğənnilər və aparıcılar futbol meydançasında

Müğənnilər və aparıcılar futbol meydançasında
  21 Oktyabr 2013    Oxunub:1590
Azərbaycanda ilk dəfə olaraq müğənnilər və aparıcılar səhnədə yox, futbol meydanşasında güclərini sınayacaqlar.
AzVision.az xəbər verir ki, ilk dəfə olaraq incəsənət nümayəndələri geniş miqyasda futbol oynayacaq. Yeni layihənin müəllifləri müğənni Ramal Əsədzadə və prodüser Mehri Əliquliyevadır. Futbol yarışmasında Əməkdar artist Almaz Ələsgərli, müğənni Yaşar Cəlilov, Xatun, Faytonçu Nazim, Günel Məhərrəmova, Sevil Sevinc bacıları, aparıcılar Günel Hümbətova, Kamran Quliyev, rəqqasə Oksana Rəsulova, reper “Qurd” və bir çox tanınan adlar iştirak edəcək. Yarışma noyabrın 15-də “Şəfa” stadionunda keçiriləcək. Layihənin özəlliyi yalnız şou-biznesi təmsil edən xanımlar və bəylərin birgə futbol oynamasıdır. Layihənin məqsədi şou-biznes nümayəndələrinin milli futbola dəstəyini nümayiş etdirməkdir. Oyuna iki tanınmış sima hakimlik edəcək. Tamaşaçılar üçün giriş sərbəstdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti