Əsrləri fəth edən arşın malçı

Əsrləri fəth edən arşın malçı
  23 Oktyabr 2013    Oxunub:1711
“Arşın mal alan” operettasının 100 illik yubileyi qeyd ediləcək.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2013-cü il oktyabrın 25-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının 100 yaşı tamam olur.

Üzeyir Hacıbəylinin ev muzeyindən bildiriblər ki, bu münasibətlə həmin gün bəstəkarın ev muzeyində “Əsrləri fəth edən Arşın malçı” adlı tədbir keçiriləcək. Həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi nümayiş etdiriləcək.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında “Arşın mal alan” operettasından səhnələr göstəriləcək, musiqilər səslənəcək.


Teqlər:





Xəbər lenti