Lerikdə torpaq sürüşməsi baş verib

Lerikdə torpaq sürüşməsi baş verib
  27 Oktyabr 2013    Oxunub:1728
Cənub bölgəsinə yağan fasiləsiz yağışlar Lerik rayonunda torpaq sürüşməsinə səbəb olub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, hadisə rayonun Livədirgə kəndində qeydə alınıb. Sürüşmə zonasının əhatə etdiyi 0,5 hektar ərazidə 5 fərdi yaşayış evinin ətrafında təhlükəli vəziyyət yaranıb. Ən təhlükəli vəziyyət Famil İsayevə məxsus evin ərazisində müşahidə olunbmuşdur. Torpaq qatı evi əhatə etdiyindən ailənin 3 nəfərlik üzvü qohumlarının evinə köçüb.

Rayonun yerli icra strukturlarının nümayəndələri hadisə yerinə gələrək əraziyə baxış keçirib.


Teqlər:





Xəbər lenti