Bakıda YUNESKO-nun sessiyası keçiriləcək

Bakıda YUNESKO-nun sessiyası keçiriləcək
  29 Oktyabr 2013    Oxunub:1331
2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq.
AzVision.az xəbər verir ki, bununla əlaqədar olaraq, YUNESKO-nun Parisdəki Baş Qərargahında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclası keçirilir. Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinə sədrliyi ilə əlaqədar olaraq, ölkəmizin nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasa sədrlik edir. Büronun iclasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ilkin gündəliyi və praktik məsələlər müzakirə edilməkdədir. İclas zamanı Azərbaycan haqqında filmin nümayişi nəzərdə tutulur. Tədbirdən sonra isə YUNESKO-nun Baş direktoru İrina Bokova və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi təşkil olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti