Rus dilini bilmək vacibdirmi? - VİDEOSORĞU

Rus dilini bilmək vacibdirmi? -  VİDEOSORĞU
  11 Dekabr 2018    Oxunub:13876
Son vaxtlar Azərbaycanda rus dilinə maraq kəskin artıb. Əksər valideynlər övladlarının rus bölməsində təhsil almasına can atır. Bu, bəzi hallarda narazılıqlara səbəb olur. Hətta Milli Məclisin bir neçə deputatı rus dilinə olan diqqətin artmasından şikayətlənir. Hesab edirlər ki, ölkəmizdə ibtidai təhsil məhz ana dilində aparılmalıdır.
Azərbaycan vətəndaşlarının rus dilini bilməsi vacibdirmi?

Azvision.az mövzunun aktuallığını nəzərə alaraq bu sualla paytaxt sakinləri arasında videosorğu keçirib. Respondentlərin fikrincə, rus dilini bilmək qəbahət deyil. Əksinə hər bir azərbaycanlının başqa ölkələrin dilini öyrənməsi onun üçün üstünlükdür. Təbii ki, hamı belə düşünmür. Bunu əksini deyənlər də oldu.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Rus-dili   Sorğu  





Xəbər lenti