Mələkxanım Əyyubova: “Yaşımı açıqlamaq istəmirəm”

Mələkxanım Əyyubova: “Yaşımı açıqlamaq istəmirəm”
  05 Noyabr 2013    Oxunub:8303
Bir gün gəlmişiksə, bir gün də gedəcəyik
Bu gün Xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın doğum günüdür. Müğənni ad günü təəssüratlarını AzVision.azla bölüşüb:

“Ad günümü doğmalarım, yaxınlarımla qeyd edəcəm. Sənət dostlarımdan da, həyatdakı dostlarımdan da təbriklər almışam. Çox açıqlamaq istəmirəm”.

Yaşına gəlincə isə, xanənda bunu açıqlamaq istəmədiyini dedi: “Yaşımı deməyə ehtiyac yoxdur. Amma yaşımın artmağından qorxmuram. Dünyaya gəlmişiksə bir gün gedəcəyik, qocalacağıq, bunlar təbiətin qanunudur. Bununla razılaşmaq lazımdır. Əsas odur ki gözəl yaşayaq, ömrümüzü gözəl başa vura bilək”.

Xanəndə oxuduğu mahnıların hamısını bu gün özünə həsr etdiyini dedi:

“Əsas odur ki, yaxşı oxuyum, onların hamısını bu gün özümə həsr etmək olar”.

Məlumat üçün bildirək ki, Mələkxanım Əyyubova noyabrın 5-i 1962-ci ildə Şamaxıda anadan olub. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirən sənətkar Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub.

1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb. 1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.

Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti