Rusiyadakı səfirliyimiz Rövşən Kazımov üçün vəkil tutdu

Rusiyadakı səfirliyimiz Rövşən Kazımov üçün vəkil tutdu
  07 Noyabr 2013    Oxunub:1538
Azərbaycanın Rusiyadakı səfirliyi Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutdu
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi 14 yaşlı azərbaycanlı oğlan, əlil Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda vəhşicəsinə döyülməsi barəsində işin araşdırılmasının gedişini nəzarətdə saxlayır.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, hazırda iş üzrə şübhəli bilinən, Zelenoqradda doğulmuş Mixail Valeryeviç Lısakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsi ilə saxlanılıb.

Səfirlik istintaqın və məhkəmə instansiyalarında işə baxılmasının gedişində Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutubr. Əlil yeniyetmənin döyülməsi işi bundan sonra da Azərbaycan səfirliyinin nəzarətində olacaq.


Teqlər:  





Xəbər lenti