Yapon mətbəxini öyrənənlərə viza rejimi asanlaşacaq
Məlumata görə, hökumət yapon mətbəxinə məxsus yeməkləri hazırlamağı öyrənən və Yaponiya restoranlarında təcrübə keçmək istəyənlər üçün viza rejimini yüngülləşdirə bilər. Qanuna əsasən, yerli xörəkləri hazırlamağı öyrənən əcnəbilər, iş təcrübəsi 10 ildən az olarsa, ölkədəki Yaponiya restoranlarında çalışa bilməzlər.
Hökumət tərəfindən baxılan tədbirlərə görə, "yapon mətbəxi" ixtisası üzrə təhsil alan xarici vətəndaşlar ölkədə iki il ərzində işləyə və Yaponiya restoranlarında təcrübə keçə bilərlər.
Qeyd edək ki, dekabrda Yaponiya hökumətinin yapon mətbəxinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması ilə bağlı ərizəsinin təmin ediləcəyi gözlənilir. Bu siyahıya artıq fransız və Aralıq dənizi (ispan, italyan, yunan, mərakeş), həmçinin Meksika mətbəxləri daxildir.
Teqlər: