Şəhid sınağı: Kim necə çıxdı - VİDEOBLOQ

  Şəhid sınağı: Kim necə çıxdı -    VİDEOBLOQ
  06 Fevral 2019    Oxunub:5875
Şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısının onlarla görüşü, bütün vərəsələrə birdəfəlik ödəmənin verilməsi ilə bağlı sonuncu fərmanı buna əyani sübutdur. Prezident hər zaman bu məsələlərə həssaslıqla yanaşır, şəhid ailələrinin və Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atır.
Dövlətin gördüyü işlər anti-Azərbaycan qüvvələrini ciddi narahat edir. Erməni lobbisi ilə çiyin-çiyinə dayanıb, Azərbaycana qarşı kampaniya aparanlar şəhid ailələrini dövlətin əleyhinə qaldırmağa, bununla ölkəmizin imicinə ləkə yaxmağa çalışırdılar. Lakin son hadisələr onu göstərdi ki, xalqımız, xüsusilə şəhid ailələri təxribatlara uymadılar.

Prezident Sarayında keçirilən görüşdə çıxış edən şəhid yaxınları birmənalı şəkildə radikalların çağırışlarına “yox” deyərək, Prezident İlham Əliyevlə birgə olduqlarının mesajını verdilər. Bununla da müqəddəs şəhidlərin ailələrini öz siyasi oyunlarına alət etmək istəyən radikallara layiq olduqları yer göstərildi.

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov mövzu ilə bağlı hazırladığı videobloqunda kimlərin şəhid sınağından necə çıxmasından söz açıb.

Həmin videobloqu sizlərə təqdim edirik:



Azvision.az



Teqlər: Şəhid   Prezident  





Xəbər lenti