Təsadüfi tapılan Faberje fiquru 5,2 milyona satıldı

Təsadüfi tapılan Faberje fiquru 5,2 milyona satıldı
  13 Noyabr 2013    Oxunub:1696
Çar rusiyası dövründə məşhur zərgər Karl Faberje tərəfindən düzəldilmiş adam fiquru Nyu-Yorkun `Stair Galleries` auksionunda 5,2 milyon dollara satıldı.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, məsələnin maraqlı tərəfi təkcə bu deyil. Belə ki, səltənət dəyərində fiqur uzun müddət çardaqda toz içində yatıb və tamamilə təsadüf nəticəsində tapılıb. Onu Nyu-Yorkdan olan cütlük Corc və Betti Devis ailəsi evlərinin mansardından toz içində tapıb.

Faberje zərgər evinin daşdan düzəldilmiş fiqurları qiymətinə görə Faberje yumurtalarından sonra ikinci yerdə dayanır. Məlumdur ki, Faberje tərəfindən 50 belə fiqur düzəldilib. Buna görə də onlara az təsadüf edilir. Tarixi şəxsiyyətlərin fiqurları isə daha qiymətlidir.

`Stair Galleries` auksionunda satılan fiqur isə Rus çarı II Nikolayın yoldaşı imperatriçə Aleksandra Fyedorovnanın sadiq qoruyucusu, kazak Nikolay Nikolayeviç Pustınnikovun heykəlciyidir. Heykəlcik imperatriçəyə 1912-ci ildə, inqilab nəticəsində imperator ailəsi Romanovların faciəvi öldürülməsindən sadəcə 5 il qabaq hədiyyə edilib.

İnqilabdan sonra fiqur Rusiyada miqrant ailəsində anadan olan amerikalı iş adamı Armand Xammerin əlinə keçir. 30-cu illərdə Xammer sərgi təşkil edir və dəyərli sənət əsərləri içində Nikolay Pustınnikovun heykəlciyi də olur. 1934-cü ildə fiquru Corc Devis 2250 dollara satın alır. `Stair Galleries` auksionu isə fiquru 1934-cü ildə Corc Devisin verdiyi qiymətdən demək olar ki, 2312 dəfə bahasına satıb.

Hələ ki, bu fiqur Faberje fiqurları içində auksionda satılan ən bahalı fiqurudur. 2005-ci ildə həmin növdən olan Sotbis fiquru isə Nyu-York auksionlarının birində 1,8 milyon dollara satılmışdı.


Teqlər:  





Xəbər lenti