Hafiz Hacıyev: “Rafaellə Coşquna baxanda öldüm gülməkdən”

Hafiz Hacıyev: “Rafaellə Coşquna baxanda öldüm gülməkdən”
  13 Noyabr 2013    Oxunub:1365
“Özüm də baxmışam, xeyli güldüm. Münasibətim çox normaldır. Mənim incəsənət xadimlərinə böyük hörmətim var”.
Bunu AzVision.az açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məşhur gülüş ustaları Rafael və Coşqunun onu parodiya etməsinə münasibət bildirərkən deyib.

Partiya sədri aktyorlardan onu konsertə dəvət etmədikləri üçün inciyib:

“Hər halda onlar da bir hədəf tapmalı idilər. Parodiya edib, bizim fikirlərimizlə çörək qazanırlarsa, uşaqlarına çörək aparırlarsa bu, çox normaldır. Tənqidə də, təhqirə də normal baxıram.Düzdur burada elə bir təhqir yoxdur. Amma düşünürəm ki, özümü dəvət etsəydilər daha yaxşı olardı. Yəni ki, məsləhətləşərdik, onlara daha yaxşı arqumentlər verə bilərdim. Mən hər bir vətəndaşın yaxşı dolanması üçün nə lazımdırsa etməyə hazıram. Parodiyanın bütün hissələrini bəyəndim”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti