Azərbaycan beynəlxalq mükafata layiq görüldü

Azərbaycan beynəlxalq mükafata layiq görüldü
  20 Noyabr 2013    Oxunub:1417
Azərbaycan Respublikası “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - “Italian Heritage Award” nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzVision.az-a verilən məlumata görə, “İtalian Heritage Award” mükafatları restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilib. Bu ilki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.

YUNESKO-nun “Dünya İrsi Siyahısı”nadaxil edilmiş İçəri Şəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində İçəri Şəhərin 2009-cu ildə “Təhlükədə olan Dünya İrsi” siyahısından çıxarılması xüsusi olaraq vurğulanıb.

İçəri Şəhərin mühafizəsi və restavrasiyasına beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçəri Şəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyükrolu xüsusi qeyd edilməlidir.

Mükafat Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi vasitəsilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti