37 il əvvəl salınan Neftçilər parkı - VİDEOREPORTAJ

  37 il əvvəl salınan Neftçilər parkı -    VİDEOREPORTAJ
  19 Aprel 2019    Oxunub:18198
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı əsaslı şəkildə yenidən qurulub. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parka baş çəkərək, orada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, istirahət parkı 1982-ci ildə salınıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb, velosiped yolları çəkilib.

Bundan əlavə, istirahət məkanında uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Azvision.az -ın Neftçilər parkından hazırladığı videoreportajı təqdim edirik:



Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Qaraçuxur   Neftçilər-Parkı  





Xəbər lenti