Elmar Vəliyev Gəncəyə tramvay xətti çəkdirəcək

Elmar Vəliyev Gəncəyə tramvay xətti çəkdirəcək
  20 Noyabr 2013    Oxunub:3255
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən təqdimatda şəhərdə tramvay xətlərinin çəkilişini layihələşdirən Fransanın “NEWTL” şirkəti ilə layihənin son variantı üzərində müzakirələr aparılıb və memorandum imzalanıb.
“NEWTL” şirkətinin region üzrə kommersiya direktoru Anna Samsonova Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə tramvay xəttinin çəkilişi ilə bağlı görülən hazırlıq işlərindən danışıb. Dörd istiqamətdə hərəkət edəcək tramvayların şəhər sakinlərinin rahatlığını təmin etməsi, digər nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətinə mane olmaması üçün bütün məsələlər nəzərə alınıb. Hər marşrutda 3 vaqon olmaqla tramvayların sürəti saatda 70 kilometr nəzərdə tutulub.

Tramvay rezin təkərlər və cəmi bir rels üzərində hərəkət edəcək. Layihəyə əsasən 12 dayanacaq və hər dayanacaq arasında 500 metr məsafə müəyyənləşdirilib. Dayanacaqlar ən müasir avadanlıqlarla təchiz ediləcək, burada təhlükəsizlik və xəttə nəzarət kameraları, ödəniş aparatları və tramvayın hərəkət vaxtı barədə məlumat lövhəsi quraşdırılacaq. Ümumilikdə bütün xətlərə nəzarət edəcək məlumat bazası yaradılacaq. Bundan başqa, tramvay xətti boyunca velosiped yolu da çəkiləcək.

Sonda 2014-cü ildə başlanacaq tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanıb.


Teqlər:  





Xəbər lenti