Bakı-Qazax magistralında qəzalı körpü
AzVision.az Trend-ə istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Təhlükəsizliyi təmin etmək üçün yol polisi müvafiq tədbirlər həyata keçirir.
Qərb bölgəsində müşahidə olunan yağışlı hava respublika əhəmiyyətli Bakı-Qazax magistralında bir sıra fəsadlar yaradıb. Yolun Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində mövcud olan körpü keçidi qəzalı vəziyyətə düşüb. Körpü keçidinin mərkəzində iri çatlar və çöküntü əmələ gəlib ki, bu da hər an uçma təhlükəsindən xəbər verir. Xüsusilə də iritonnajlı yük avtomobilləri bədbəxt hadisələri qaçılmaz edir.
Yaranmış vəziyyətlə əlaqədər yolun bu hissəsində gediş-gəliş qismən məhdudlaşdırılıb. Əraziyə əlavə polis naryadı ayrılıb. Təhlükəsizlik məqsədi ilə xüsusi yol nişanları qoyulub. Buna baxmayaraq, yol polisi sürücüləri diqqətli olmağa çağırır.
Qeyd edək ki, vəziyyətdən "Azəryolservis" ASC-nin rəsmiləri də xəbərdardır. Qurumdan verilən məlumata görə, yaxın günlərdə körpünün təmirinə başlanacaq.