“ANS həmişə birinci olub”
ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalın ad günü təəssüratlarını saytımızla bölüşüb.
Məhərrəmlik ayı olduğu üçün ad gününün xüsusi təmtəraqla keçirilməyəcəyini deyən M.Məmmədov 22 illik fəaliyyətlə bağlı süjet hazırlanıldığını deyib.
“Ad günümüzü necə keçirməyimizi efirdə baxıb görəcəksiniz. Məhərrəmlik olduğuna görə, geniş bir yığıncaq olmayacaq. Sadəcə olaraq, ANS-lə bağlı süjet, film hazırlanıb”.
Telekanal nümayəndəsi ANS-in efir məkanında həmişə birinci olduğunu qeyd edib.
“ANS Azərbaycanda yeganə müstəqil kanaldır. ANS- dən sonra müstəqil qəzetlərə, radiolara yol açılıb. ANS həmişə birinci olub, indi də birinci qalır. Təbii ki, bu gün istədiyimiz hədəfə çatımışıq”.
Biz də öz növbəmizdə telekanalı ad günü münasibəti ilə təbrik edirik.
Nihadə Eyyubova