Avtobus yük maşını ilə toqquşduqdan sonra yol kənarında dayanan piyadanı da vurub.
Qəza nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Hələlik onların adları bəlli deyil.
Digər yaralılar isə mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Rayonun hüquq mühafizə orqanı əməkdaşları ilə birgə prokuror da hadisə yerinə yollanıb.