Qarpız alarkən nəyə diqqət etməli? - Ehtiyatlı olun!

  Qarpız alarkən nəyə diqqət etməli? -    Ehtiyatlı olun!
  17 İyun 2019    Oxunub:7394
İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq piştaxtalarda görmək mümkündür. İyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qarpızın indidək satışda olması alıcılarda onun keyfiyyəti barədə şübhə yaradır.
Azvision.az xəbər verir ki, ekspertlər məsləhət görür ki, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir.

Belə ki, üzərində hər hansı izlərin olmaması, saplağın yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan açıq sarıya çevrilir.

Qarpızın cizgilərı aydın olmalıdır. Yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.

Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin.

Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir.

Azvision.az


Teqlər: Qarpız  





Xəbər lenti