Pensiyaların artırılmasına dair qanun layihəsi qəbul olundu - VİDEO
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:
“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Qanun Pensiya