“Arşın mal alan” yenidən ekranlaşdırılır

“Arşın mal alan” yenidən ekranlaşdırılır
  29 Noyabr 2013    Oxunub:1252
Bərpa edilən və rənglənən «Arşın mal alan» filmi Heydər Əliyev Mərkəzində təqdim olunacaq
Heydər Əliyev Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən «Arşın mal alan» filmi yeni ekran həyatını yaşayır.

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində bərpa edilən və rənglənən «Arşın mal alan» filminin premyerası keçiriləcək. Bununla əlaqədar premyera mərasiminin video çarxı yayımlanıb.

Qeyd edək ki,“Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasındaçəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. “Arşın mal alan” indiyə qədər136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti