Türkiyədə Xocalı abidəsi ucaldıldı

Türkiyədə Xocalı abidəsi ucaldıldı
  01 Dekabr 2013    Oxunub:1505
Abidə çarpazlanan iki əldən, qucağında uşaq meyiti tutan kişi və nalə çəkən qadından ibarətdir
Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə hazırlanıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, abidə Uşak bələdiyyəsinin Karaağaç piknik sahəsində ucaldılıb. Abidə çarpazlanan iki əldən, qucağında uşaq meyiti tutan kişi və nalə çəkən qadından ibarətdir. Ətrafında isə qırğını əks etdirən foto stendlər yerləşdirilib.

Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtazov bələdiyyə sədri Əli Ərdoğanı və abidəni ziyarət edib. Konsul Xocalıda ermənilərin törətdikləri vəhşilikləri əks etdirən abidənin yüksəldilməsini təqdir edib.

Bələdiyyə başçısı da öz növbəsində Xocalı faciəsini unutmayacaqlarını deyib. "Xocalı qətliamı qardaş Azərbaycan xalqının yarasıdır. Biz də bu ağrını ürəklərimizdə hiss edirik. Buna görə qardaşlığımızı əks etdirən bu abidəni hazırladıq. Daha öncə söz verdiyimiz kimi abidənin hazırlanması və yaxın vaxtlarda açılışının olacağı bizi sevindirir”.


Teqlər:





Xəbər lenti