Səhvən Bakıya göndərilən erməni danışdı

Səhvən Bakıya göndərilən erməni danışdı
  01 Dekabr 2013    Oxunub:1356
Kiyevdən səhvən Bakıya göndərilən erməni Azərbaycandan danışıb.
Ukraynadan deportasiya Asatur Xaçatryanın anası Ukrayna hava yollarından ailəsinə dəyən mənəvi ziyanı ödəməyi tələb edir.

"Azərbaycanda mənə çox yaxşı münasibət olub". Bunu bu ilin yayında Ukraynadan deportasiya edilərək səhvən Bakıya göndərilən erməni 22 yaşlı Asatur Xaçatryan deyib. Lakin bu gecə həyatının ən uzun gecəsi olub. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, yanlışlıqla Kiyevdən Bakıya göndərilən gəncin anası Anuş Xaçatryan indi baş verən hadisəyə görə "Ukrayna beynəlxalq hava şirkəti"dən onun ailəsinə dəyən mənəvi ziyanı ödəməyi tələb edir.

Xatırladaq ki, iyul ayında Kiyevə gedən erməni gəncin hava limanında sənədlərində problem yaranıb. Onu deportasiya edərək Ermənistana yola salmaq əvəzinə Azərbaycana göndəriblər.Bir necə saatdan sonra o yenidən Ukraynaya yola salınıb.


Teqlər:





Xəbər lenti